...

Avropa Olimpiya Komitəsi Azərbaycana qarşı qarayaxma aparanlara rədd cavabı verdi

Baku 2015 : EUROGAMES Materials 25 Aprel 2015 14:35 (UTC +04:00)
Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.
Avropa Olimpiya Komitəsi Azərbaycana qarşı qarayaxma aparanlara rədd cavabı verdi

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.

Trend-in məlumatına görə, AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin "dözülməz olması ilə bağlı" irəli sürülən iddialar haqqında hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilatın bəyanatında qeyd edilib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.

AOK həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını müraciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.

Təşkilatın bəyanatında bildirilib ki, Azərbaycan hakimiyyəti Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin "şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı" vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti