...

"Tarixin yaddaşı silinmir"

Mədəniyyət Materials 4 May 2015 23:45 (UTC +04:00)
Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi "Tarixin yaddaşı silinmir" adlı tədbir keçirəcək.
"Tarixin yaddaşı silinmir"

Azərbaycan, Bakı, 4 may /Trend/

Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi "Tarixin yaddaşı silinmir" adlı tədbir keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin hazırladığı foto sərginin açılışı olacaq. Burada müharibə dövrünü əks etdirən və Bərpa Mərkəzi tərəfindən illər ərzində bərpa edilmiş nadir muzey əşyalarının bərpadan əvvəl və sonrakı vəziyyətlərini göstərən fotolar sərgilənəcək.

Sərgiyə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, "Bacım Hürriyyətin şəkli" adlı rəsmi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri, eləcə də həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarının, ədiblərinin, bəstəkarlarının müharibənin çətinliklərinə baxmayaraq, fəaliyyətlərini davam etdirmələrini əks etdirən faktlar daxildir.

Tədbirdə Teatr Muzeyi tərəfindən hazırlanmış və Böyük Vətən müharibəsinə həsr olunmuş video çarx nümayiş olunacaq, müharibə veteranları cəbhə xatirələrini danışacaq, 3 nömrəli incəsənət musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim ediləcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin, Səbail Rayon Veteranlar Şurasının nümayəndələri, Bakı Maliyyə-İqtisad Kollecinin tələbələri, muzey əməkdaşları, media nümayəndələri dəvət olunacaq.

Tədbir 5 may 2015-ci il tarixində saat 15.00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti