...

Azərbaycan Moskvada keçirilən Milli Mətbəxt Festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 11 İyul 2016 10:46 (UTC +04:00)
Moskvada Milli Mətbəxt Festivalı keçirilib.
Azərbaycan Moskvada keçirilən Milli Mətbəxt Festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

Moskvada Milli Mətbəxt Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub.

ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında ətraflı məlumat verib.

Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər təqdim edilən Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.

Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyi və Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyi üçün şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti