...

"Nazlı" gəlir... (FOTO,VİDEO)

Mədəniyyət Materials 27 İyul 2016 17:56 (UTC +04:00)
Bu İsmayil, o İsmayıl deyil. “Nazlı”nın İsmayılı təmami ilə başqadır. Bu sözləri Trend-ə quruluşçu Rejissor Rəhman Rafiqoğlu “Nazlı” tammetrajlı bədii filmdə baş qəhrəmanlardan biri olan “İsmayıl” rolunu ifə edən Ülvi Həsənli barəsindədə deyib.
"Nazlı" gəlir... (FOTO,VİDEO)

Bakı. Trend:

Bu İsmayil, o İsmayıl deyil. “Nazlı”nın İsmayılı təmami ilə başqadır. Bu sözləri Trend-ə quruluşçu Rejissor Rəhman Rafiqoğlu “Nazlı” tammetrajlı bədii filmdə baş qəhrəmanlardan biri olan “İsmayıl” rolunu ifə edən Ülvi Həsənli barəsindədə deyib.

Rejissor qeyd edib ki, Ülvi Həsənli “NAZLI” filminə başqa bir qəhrəmanı canladırmaq üçün dəvət edilib, lakin Ülvinin, filmin baş qəhrəmanı olan İsmayıl roluna daha yaxın olduğunu gördükdən sonra qərar dəyişilib və o rol ona verilib: "Aktyorun xarici görünüşündə ciddi dəyişiklər etdik. İnanıram ki, Ülvini tanıyan tamaşaçılar üçün onun bu filmdəki, yeni imici xoş surpriz olacaq. Onu da deyim ki, Ülvinin çox gözəl səsi var, bu da filmimizdə vacib amillərdən biridir".

Ü.Həsənli Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyəti ilə məşquldur. Bununla bərabər o, “Cavanlıq”, ”Üç bacı”, ”Sənə İnanıram”, ”Səni ürəyim sevdi”, ”Həyat sən nə qəribəsən” “Dəfnə ağacı” kimi serilallarda baş və ikinci dərəcəli rolları ilə də tamaşaçıların yadında qalır. Hazırda yerli kanalların birində göstərilən “Gəzməyə dəyər” verlişinin aparıcısıdır.

"Nazlı" romantik komediyasının çəkilişləri artıq yekunlaşmaq üzərədir.
Yaxınlarda bizi Azərbaycan kinomatoqrafında çoxdandır yeri boş qalan rəfi dolduracaq gözəl, xoş, ailəvi, romantik komediya filmi gözləyir.

Xatırladaq ki, filmdə hələ də adları açıqlanmayan 4 xalq və 3 əməkdar artist çəkilirlər. Bu da tamaşaçılarımız üçün büyük sürpriz olacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti