...

Bakıda və Masallıda "Naxox" izdihamı (FOTO)

Mədəniyyət Materials 16 Yanvar 2017 13:42 (UTC +04:00)
"Naxox" kinokomediyasının sevilən aktyorları Fərda Amin və Elməddin Cəfərov Bakıda və Masallıda filmin fanatları ilə görüş keçirib.
Bakıda və Masallıda "Naxox" izdihamı (FOTO)

Bakı. Trend:

"Naxox" kinokomediyasının sevilən aktyorları Fərda Amin və Elməddin Cəfərov Bakıda və Masallıda filmin fanatları ilə görüş keçirib. Park Bulvar AVM və Park Cinema Masallıda şəkil çəkdirmək və aktyorlarla birlikdə "Naxox"u izləmək üçün yığışan tamaşaçılar filmi müsbət dəyərləndirdi. İmza günündən şəkiləri diqqətinizə çatdırırıq:

Qeyd edək ki, komediya "Naxox" Film Distribution International-ın dəstəyi ilə çəkilib və 29 dekabrdan ölkənin bütün kinoteatrlarında yayımlanır.

Filmin baş prodüseri - Orxan Mərdan.
Ssenari müəllifləri: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Fərda Amin, Zaur Mirzəzadə
Quruluşçu rejissoru: Zaur Mirzəzadə
Quruluşçu rəssamlar: Anar Hüseyn, Ceyhun Cəfərquliyev.
Bəstəkar: Səbuhi Atababayev
Quruluşçu operator: İslam Şirvani
Rafiq Hacıyev
Prodüserlər: Zaur Mirzəzadə, Orxan Mərdan
Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova

Sinopsis:
Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti