...

Opera və Balet Teatrında "8 Mart" münasibəti ilə “Qu gölü” baletinin tamaşası olacaq

Mədəniyyət Materials 23 Fevral 2017 16:27 (UTC +04:00)
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
Opera və Balet Teatrında "8 Mart" münasibəti ilə “Qu gölü” baletinin tamaşası olacaq

Bakı. Trend:

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il 8 Mart ərəfəsində Teatr rəhbərliyi kişilərə zərif cinsin nümayəndələri olan sevimli xanımlarına hədiyyə olaraq teatr biletləri təqdim etmək imkanı verir.

Bu il də teatr öz xeyirxah ənənəsinə sadiq qalıb və "Qu gölü" tamaşasının qadınların səbirsizliklə gözlədikləri gözəl bayrama həsr edib.

Balet həvəskarları tamaşada əsas rollarda Belarusun məşhur balet ulduzlarını - Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yana Ştangeyi (Odetta-Odilliya) və Belarusun xalq artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. ölkələrdə uğurlu qastrol səfərlərində olublar.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti