Azərbaycan, Bakı, 6 may /Trend/
Abşeron rayonu, Fatmayı kəndində bir ailə evsiz qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb