...

Maştağa sakini sirkə turşusu içib intihar etdi

Hadisə Materials 19 Oktyabr 2016 10:42 (UTC +04:00)
Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib.
Maştağa sakini sirkə turşusu içib intihar etdi

Bakı. Samir Əli - Trend:

Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib. Bu barədə Trend-ə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Abdullayev Mirabdulla Mirxəlil oğlu yaşadığı evdə intihar məqsədilə sirkə turşusu içib. Hadisədən xəbər tutan yaxınları onu xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb. M.Abdullayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti