Bakı. Trend:
Rusiyada adam oğurluğunda təqsirləndsirilərək axtarışa verilən şəxs Azərbaycanda yaxalanıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Tariyel Məmmədov tutulub.