...

Şirvandakı güllələnməyə görə daha bir nəfər saxlanıldı

Hadisə Materials 24 Noyabr 2016 12:16 (UTC +04:00)
Şirvanda iki nəfərin güllələnməsi ilə bağlı 3-cü şəxs saxlanılıb.
Şirvandakı güllələnməyə görə daha bir nəfər saxlanıldı

Bakı. Trend:

Şirvanda iki nəfərin güllələnməsi ilə bağlı 3-cü şəxs saxlanılıb. Trend-ə Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının aprdıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb. Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu odlu silahla güllələnib.

Məlum olub ki, həmin kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə zamanı kafedə olan Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi ürək nayihəsindən yaralayıb. E.Nəciyev Şirvan şəhər Xəstəxanasında dünyasını dəyişib.

Hadisədən dərhal sonra Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti