Bakı. Trend:
Bakıda yeməkxana yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Yeməkxanaya bitişik ümümi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.