...

Azərbaycandan Rusiyaya 1,15 milyon rubl aparmaq istədi (FOTO)

Hadisə Materials 11 Yanvar 2017 14:53 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edilib.
Azərbaycandan Rusiyaya 1,15 milyon rubl aparmaq istədi (FOTO)

Bakı. Trend:

Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti