Bakı. Trend:
Mingəçevir şəhərində ümumi sahəsi 220 m2 olan üçmərtəbəli binanın giriş qapısı və alkopan üzlüyü 45 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.