Bakı. Trend:
Tərtər rayonu, Qaradağlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2,5 tonu yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.