...

Ucarda iki yük avtomobili toqquşub: ölən var

Hadisə Materials 28 Mart 2017 08:49 (UTC +04:00)
Ucar rayonu, Mürsülü kəndində “HYUNDAİ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib
Ucarda iki yük avtomobili toqquşub: ölən var

Bakı. Trend:

Ucar rayonu, Mürsülü kəndində “HYUNDAİ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “HYUNDAİ” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil verib.

Əməliyyat saat 06:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti