...

Çində yük maşını uçurumdan düşdü: 7 ölü, 5 yaralı

Hadisə Materials 11 Aprel 2017 09:00 (UTC +04:00)
Çinin Çunçun bələdiyyəsinin Kayçjou rayonunda yük maşını uçurumdan düşüb
Çində yük maşını uçurumdan düşdü: 7 ölü, 5 yaralı

Bakı. Trend:

Çinin Çunçun bələdiyyəsinin Kayçjou rayonunda yük maşını uçurumdan düşüb.

Trend-in Çinin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yük maşınında sürücüdə daxil olmaqla, 12 nəfər olub.

Xəbərdə deyilir ki, 2 nəfər hadisə yerində, 5 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Xəsarət alanların vəziyyəti stabil dəyərləndirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti