...

Biləsuvarda atasını qətlə yetirən oğul həbs edilib

Hadisə Materials 22 May 2017 12:51 (UTC +04:00)
Biləsuvar rayonunda atasını qətlə yetirib basdıran şəxs tutulub.
Biləsuvarda atasını qətlə yetirən oğul həbs edilib

Bakı. Trend:

Biləsuvar rayonunda atasını qətlə yetirib basdıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti