...

Qaradağda dənizdə batan 1 nəfər xilas edilib

Hadisə Materials 28 İyun 2017 21:49 (UTC +04:00)
Qaradağ rayonunda dənizdə batan 1 nəfər xilas edilib
Qaradağda dənizdə batan 1 nəfər xilas edilib

Bakı. Trend:

Qaradağ rayonunda dənizdə batan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti