...

"QIRMIZI KÖRPÜ" NƏZARƏT – KEÇİD MƏNTƏQƏSİNDƏ AZƏRBAYCANLI VƏFAT EDİB

Hadisə Materials 8 İyul 2005 13:30 (UTC +04:00)

Dünən axşam Gürcüstan-Azərbaycan sərhəddində yerləşən "Qırmızı körpü" nəzarət-keçid məntəqəsində (NKM) gömrük proseduralarından keçərkən milliyyətcə azərbaycanlı olan Gücrücüstan vətəndaşı vəfat edib. Bu hadisədən sonra vətəndaşlarla gömrükçülər arasında toqquşma baş verib. Bu barədə Trend "Qafqaz-press" agentliyinə istinadən məlumat yayıb.

Şahidlərin dediklərinə görə, Eyvaz Nuriyev əlavə pul tələb edərək uzun müddət onun yükünü gömrükdən keçirməyən gürcü gömrükçülərinin özbaşınalığının qurbanı olub. Gömrükçülərlə münasibətlərini aydınlaşdırmaq Nuriyevin ürək tutmasından vəfat etməsi ilə nəticələnib. NKM-də toplaşmış vətəndaşlar gömürük proseduralarından keçmək üçün onlar 5-6 gün gömrük məntəqəsində keçirməyə məcbur olduqlarını bildiriblər.

Gömrükçülərin özləri isə bildirirlər ki, onlar Nuriyevə qarşı münasibətdə heç bir təhqirə, xüsusilə də fiziki təzyiqə yol verməyiblər və o, ürək tutmasından vəfat edib. Bunu hadisə yerinə gəlmiş təcili yardım həkimi də təsdiqləyib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti