...

Facebook-dan yeni funksiya: Keçmişə qayıdış

Maraqlı Materials 25 Mart 2015 20:21 (UTC +04:00)
Facebook-un "On This Day" funksiyası istifadəçilərə paylaşım lentində ötən illərin konkret tarixlərində baş vermiş hadisələri yada salmağa kömək edəcək.
Facebook-dan yeni funksiya: Keçmişə qayıdış

Azərbaycan, Bakı, 25 mart /Trend/

Facebook-un "On This Day" funksiyası istifadəçilərə paylaşım lentində ötən illərin konkret tarixlərində baş vermiş hadisələri yada salmağa kömək edəcək.

Trend-in məlumatına görə, yeni funksiya sayəsində istifadəçilər keçmiş tarixlərdə yazdıqları status və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Ötən illərin şəkil və ya statuslarını yalnız istifadəçinin özü görəcək, lakin istəsə həmin foto və statusları yenidən paylaşa bilər.

Bundan əlavə, istifadəçilər günlük xatırlatmalara abunə olmaqla əvvəlki illərin həmin tarixində baş verənləri görə bilərlər.

Maraqlısı odur ki, "On This Day"-in alqoritmi mənfi emosiyalı məlumatı yada salmır. Məsələn, istifadəçilərin münasibətdə olduğu və ayrıldığı insanlar və ya həyatlarını dəyişən insanlarla bağlı məqamlar əks olunmur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti