...

Günəşdən 300 trilyon dəfə parıltılı obyekt tapıldı (FOTO)

Maraqlı Materials 26 May 2015 23:09 (UTC +04:00)
Kainatdan kənarda, Günəşdən 300 trilyon dəfə parıltılı obyekt aşkar edilib.
Günəşdən 300 trilyon dəfə parıltılı obyekt tapıldı (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Kainatın kənarında, Günəşdən 300 trilyon dəfə parıltılı obyekt aşkar edilib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Yerdən təxminən 12,5 milyard işıq ili uzaqda - kainatın demək olar ki, kənarında görünməmiş parlaqlıqda, bəlkə də ən parıltılı obyekt yerləşir. Astronomlar ona - WISE J224607.57-052635.0 adını veriblər.

O, Günəşdən 300 trilyon dəfə çox intensiv işıq saçır və NASA-nın WISE (Wide-field Infrared Survey Explorer) infraqırmızı teleskopu vasitəsilə aşkar edilmiş 20-yə yaxın ən müəmmalı obyekt qrupuna aiddir. Onları ekstremal işıq saçan infraqırmızı qalaktikalar adlandırılıblar (extremely luminous infrared galaxies (Elrigs). Bu obyektlər həddən artıq parıltılıdır. Lakin WISE J224607.57-052635.0 onlardan da gur işıq saçır.

Bu rekordsmenin qeyri-adi parıltısının səbəbi dəqiq müəyyən edilməyib. Astronomlar ehtimal edirlər ki, sirr bu qalaktikalarda ulduzların yaranması prosesi və iri kütləli "qara dəliklər"in çoxalması ilə bağlıdır.

NASA alimlərinin fikrincə, bu obyektdəki "qara dəliy"in kütləsi Günəşin kütləsindən 3 milyard dəfə çoxdur. Heyrətamizdir. Axı biz 12,5 milyard il əvvəl, nəticədə bəşəriyyətin yarandığı qeyd edilən "Böyük partlayış"dan 1,2 milyard il sonra meydana gələn parıltılı qalaktikanı görürük. Yəni bu qalaktika belə siklopik "qara dəliy"i ortaya çıxarmaq üçün həddən artıq cavandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti