...

“Facebook”a görə psixoloji portret hazırlayan xidmət yaradılıb (FOTO)

Maraqlı Materials 4 Sentyabr 2015 15:13 (UTC +04:00)
Kembric Universitetinin tədqiqatçıları tərəfindən “Apply Magic Sauce” xidməti təqdim edilib
“Facebook”a görə psixoloji portret hazırlayan xidmət yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Kembric Universitetinin tədqiqatçıları tərəfindən "Apply Magic Sauce" xidməti təqdim edilib. Servis "Facebook" sosial şəbəkəsindəki "layklar"a əsasən istifadəçinin psixoloji portretini tərtib edir. Trend bu barədə "The Telegraph"-a istinadən məlumat verir.

Təhlil zamanı xidmət yalnız istifadəçinin səhifəsini deyil, onun bəyəndiyi postları və şəkilləri də nəzərə alır. Nəticədə test istifadəçinin yaşını, seksual və siyasi zövqlərini, həmçinin intellektual səviyyəsini və həyatından razı olub-olmadığını müəyyən edir.

Bundan başqa, servis şəxsi keyfiyyətlər çərçivəsində insana xarakteristika verir. Məsələn, onun stressə davamlılığını və təbiətinin ümumi liberallıq səviyyəsini müəyyən edə bilir.

Test müəllifləri bildiriblər ki, servis "sosial" həyat çərçivəsində istifadəçinin hamıya nümayiş etdirmək istədiyi tərəfini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti