...

İSESCO Azərbaycanda regional ofis açacaq

Siyasət Materials 10 May 2024 13:13 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 12-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda regional ofisi açılacaq.

Trend xəbər verir ki, bu barədə bu gün ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masada çıxşı zamanı jurnalistlərə bildirib.

“Mayın 12-də Azərbaycanda regional ofis açırıq”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, sabahın gözləntiləri, gələcəyin strateji proqnozlaşdırılmasının bütün məsələlərinin müzakirəsinə həsr olunmuş bugünkü dəyirmi masa çox vacib hadisədir.

"Əminəm ki, müzakirə zamanı dəyirmi masada ICESKO və üzv dövlətlərimiz üçün çox vacib olacaq bəzi tövsiyələr hazırlanacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün ADA Universitetində həmin universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masa keçirilir. Tədbirdə yüksək vəzifəli xadimlər, səfirlər, Azərbaycandan ekspertlər və ICESCO-nun üzvləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti