...

İsrailin təkbaşına döyüşmək üçün kifayət qədər gücü var - Netanyahu

Dünya xəbərləri Materials 10 May 2024 05:56 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın silah tədarükünü dayandıracağı ilə bağlı hədələrinə baxmayaraq, İsrail Rəfah əməliyyatından imtina etməyəcək.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

"İsrailə tək dayanmaq lazımdırsa, o, tək duracaq. Lazım gələrsə, dırnaqlarımızla da mübarizə aparacağıq", - deyə baş nazir bildirib.

O, Qəzzada indiki müharibəni 1948-ci ildə İsrailin müstəqillik müharibəsi ilə müqayisə edib.

"O vaxtda İsrailə də silah embarqosu tətbiq olunub, amma biz qalib gəldik. Bu gün biz daha güclüyük", - deyə B.Netanyahu bildirib.

Xəbər lenti

Xəbər lenti