...

Blinken konqresmenlərə İsrailin Qəzzadakı əməliyyatlarına dair məruzə təqdim edəcək

Dünya xəbərləri Materials 10 May 2024 10:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibi Antoni Blinken Konqresə İsrailin Qəzza zolağında əməliyyatlarını tənqid edən hesabat təqdim edəcək.

Trend bu barədə “Axios” portalına istinadən xəbər verir.

Məlumata görə, məruzə 2023-cü il 7 oktyabrda HƏMAS-ın İsrailə hücumdan sonra Dövlət Departamentində ən sərt daxili debatlara səbəb olub. ABŞ-nin İsraildəki səfiri Cek Lyu və dövlət katibinin Yaxın Şərqdəki humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Devid Satterfild Blinkenə İsrailin humanitar yardım göstərilməsinə mane olmadığını təsdiqləməyi tövsiyə ediblər.

"İsrailin beynəlxalq humanitar hüququ pozduğu və ya ABŞ-nin dəstəyi ilə göstərilən humanitar yardımın çatdırılmasına mane olduğu müəyyən edilərsə, bu bütün ABŞ hərbi yardımının dayandırılmasına səbəb ola bilər.

ABŞ prezidenti Co Bayden Rəfahda yerüstü hücum davam edəcəyi halda, Vaşinqtonun bəzi növ silahların tədarükünü dayandıracağı barədə İsrailə xəbərdarlıq edib", - KİV yazıb.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru hücumu başladacağına dair məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti