...

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb - Qurban Yetirmişli

Cəmiyyət Materials 10 May 2024 10:23 (UTC +04:00)
Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb - Qurban Yetirmişli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib.

"Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti