...

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Dünya xəbərləri Materials 10 May 2024 10:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirəm ki, ABŞ prezidenti Co Baydenlə Qəzza zolağında müharibə ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra biləcəyik.

Trend bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz tez-tez razılaşırdıq, amma fikir ayrılıqları da var idi. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, indi onları aradan qaldıra bilərik. Ölkəmizi qorumaq üçün lazım olan hər şeyi edəcəyik", - Netanyahu qeyd edib.

Qeyd olunub ki, daha əvvəl ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, İsrail hərbçirləri Rəfah şəhərinə tammiqyaslı hücuma başlayacaqları təqdirdə, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.

Netanyahu buna cavab olaraq əlavə edib ki, ABŞ-nin silah tədarükünün dayandırılması ilə bağlı təhdidlərinə baxmayaraq Rəfah əməliyyatından imtina etməyəcək.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru hücumu başladacağına dair məlumat yayıb.

İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti