...

Bayden Trampla debat etməyə hazır olduğunu təsdiqləyib

Dünya xəbərləri Materials 10 May 2024 03:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden hazırkı prezidentlik yarışı çərçivəsində sabiq ölkə lideri Donald Trampla debat etməyə hazır olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə C.Bayden D.Trampla debat etmək niyyətində olub-olmadığı sualına cavabında deyib.

"Bunu təşkil edin", - deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl də Amerika prezidenti D.Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti