...

Gəncədə ticarət mərkəzində itkin düşən azyaşlı tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 10 May 2024 11:11 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə itkin düşən azyaşlı qız tapılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirilib.

Onun sözlərinə görə, Gəncə ŞBPİ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

xxx

09:47

Gəncədə azyaşlı qız itkin düşüb.

Trend xəbər verir ki, mayın 7-də 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Məsimova Günel Məsim qızı müraciət edərək, qızı 03.03.2016-cı il təvəllüdlü Bayramlı Sevinc Samir qızının ticarət üçün getdikləri "Grand Qafqaz" ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.

Faktla bağlı Gəncə ŞBPİ-nin 2-ci PŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti