...

“Zirə” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

İdman Materials 10 May 2024 11:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XXXIV turun təyinatları məlum olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu gün start götürən turun hakimləri də müəyyənləşib. Çempionatın liderləri “Qarabağ”la “Zirə” arasında görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
XXXIV tur
10 may (cümə)

“Neftçi” – “Kəpəz”
Baş hakim: Fərid Hacıyev
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”, 19:00

11 may (şənbə)
“Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Liv Bona Dea Arena”, 17:00

“Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksi stadionu, 19:30

12 may (bazar)
“Qəbələ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

Xəbər lenti

Xəbər lenti