...

AÇG-dən SOCAR-a səmt qazının tədarükü artıb

Energetika Materials 10 May 2024 12:55 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sutkada orta hesabla 7,4 milyon kubmetr (ümumilikdə 0,7 milyard kubmetr) səmt qazı tədarük edilib.

Bu barədə Trend-ə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Səmt qazı əsasən Səngəçal terminalına, eləcə də SOCAR-ın Neft Daşlarındakı obyektinə verilirdi.

Hasil edilən səmt qazının qalan hissəsi lay təzyiqini saxlamaq üçün yenidən vuruldu.

2023-cü ilin eyni dövründə isə səmt qazının tədarük həcmi orta hesabla sutkada təxminən 6,5 milyon kubmetr təşkil edib. Belə ki, səmt qazının tədarükü illik müqayisədə 13,8 faiz artıb.

Qeyd edək ki, AÇG Hasilatın Pay Bölgüsü Sazişinin müqavilə tərəfləri adından operator BP Exploration (Caspian Sea) Limited şirkətidir.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%) ), ITOCHU (3,65%). %), ONGCVidesh (2,31%).

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti