...

Bakıda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 10 May 2024 09:01 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ona bitişik sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti