Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin baş nazir postuna namizədliyini təqdim edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, “bu gün deputatlar bu məsələ ilə bağlı öz seçiciləri adından məsuliyyətli qərar qəbul edəcəklər”.
V.Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq, onlar hökumətin sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcəklər.
O, bütün fraksiyalarda baş nazirin namizədliyinin müzakirəsinin aparılacağını və yerli vaxtla saat 14:00-da Dumanın plenar iclasının başlayacağını bildirib.