...

Macarıstan və Çin əməkdaşlığı gücləndirmək üçün müqavilələr imzaladılar

Dünya xəbərləri Materials 10 May 2024 02:04 (UTC +04:00)

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban və Çin Prezidenti Si Tsinpin cümə axşamı iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra yeni sazişlər imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"Macarıstan və Çin Si Cinpinin Mərkəzi Avropa ölkəsinə səfəri zamanı iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirmək üçün bir sıra yeni sazişlər imzalayıblar", - deyə bildirilib.

Çin lideri ilə Macarıstanın baş naziri paytaxt Budapeştdə danışıqlar aparıblar. Danışıqlardan sonra mətbuat konfransı zamanı V.Orban 2010-cu ildə fəaliyyətə başladığı vaxtdan bəri ölkələr arasında "daimi, fasiləsiz dostluq" olduğunu qeyd edib:

"Çin Xalq Respublikasının Sədrini əmin etmək istərdim ki, Macarıstan ölkəmizə sərmayə qoyan Çin şirkətləri üçün ədalətli şərait yaratmağa davam edəcək, və biz Macarıstanda ən müasir Qərb və ən müasir Şərq texnologiyaları üçün əməkdaşlıq qurmaq imkanı yaradacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti