...

HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib - Netanyahu

Dünya xəbərləri Materials 10 May 2024 07:04 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 20 batalyonunu məhv edib.

Trend-in məlumatına görə, bu sözləri Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS”ın 24 batalyonundan 20-ni məhv edə bildik. Rəfaha daxil olmaq istəyirik, çünki orada daha dörd batalyon var”, - deyə Baş nazir qeyd edib.

Eyni zamanda, Netanyahu İsrailin Rəfah əməliyyatı zamanı çox güclü müqavimətlə üzləşəcəyini etiraf edib, lakin İsrail hərbçilərinin bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti