...

Boşanmalar, erkən nikah və digər məsələlərlə bağlı məlumatları parlamentdə təqdim edəcəyik - Bahar Muradova

Cəmiyyət Materials 10 May 2024 10:46 (UTC +04:00)
Boşanmalar, erkən nikah və digər məsələlərlə bağlı məlumatları parlamentdə təqdim edəcəyik - Bahar Muradova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

May ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti