Bakı. Trend:
Slovakiyalı fəallar Çexiyanın Kiyev üçün sursat almaq təşəbbüsü çərçivəsində 4,17 milyon avro toplayıblar.
Trend-in məlumatına görə, bu barədə "České noviny" qəzeti xəbər verib.
Məlumata əsasən, bu məbləğ Çexiya silah istehsalçısı "STV Group"nun 2692 mərmisi almaq üçün istifadə olunacaq. Bu silah-sursat partiyasının Ukraynaya yazın sonundan gec olmayaraq gəlməsi gözlənilir.
Bu vəsaitin toplanması təşkilatçılarından biri bildirib ki, fəallar bütün satınalmaları Çexiya Müdafiə Nazirliyi ilə razılaşdırırlar. SSlovaklar Praqa ilə işləmək qərarına gəliblər, çünki ölkədə analoji təşəbbüs yoxdur.