...

Konfrans Liqası: “Olimpiakos” 2-ci finalçı olub

İdman Materials 10 May 2024 01:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Konfrans Liqasında ikinci finalçı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarımfinalın son cavab oyununda “Olimpiakos” “Aston Villa”nı qəbul edib.

İngiltərədə gözlənilməz qələbə qazanan yunanıstanlılar üstünlüyü əldən verməyiblər. İlk görüşdə het-trik edən El Kaabi bu dəfə dubl edib. Mərakeşli forvard "Aston Villa"nın qapısına vurulan 6 qoldan 5-nin müəllifi olub.

Qeyd edək ki, cütün qalibi mayın 29-da Afinada baş tutacaq finalda “Fiorentina” ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti