...

"Napoli" Kvaratsxeliyanı 130 milyon avroya satmağa hazırdır

İdman Materials 10 May 2024 04:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Napoli” Xviça Kvaratsxeliyanın transferinə yaşıl işıq yandıra bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Neapol klubu gürcü futbolçunu 120-130 milyon avroya satmağa hazırdır.

Bu barədə “Napoli”nin prezidenti Aurelio De Laurentis məlumat verib. Gürcüstan yığmasının üzvü ilə “Barselona” və PSJ maraqlanır. Onun komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Kvaratsxeliya 2023/2024 mövsümündə 42 oyunda 10 qolla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti