...

Azərbaycanlı ekspertlərin gələcək üçün ssenarilər hazırlamağı öyrənmələri vacibdir – Fariz İsmayılzadə

Siyasət Materials 10 May 2024 12:21 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı ekspertlərin sabahı öncədən görmək, gələcək üçün ssenari hazırlamağı öyrənməsi çox vacibdir.

Trend xəbər verir ki, bu barədə bu gün ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Universitetdə İslam Təhsil, Elm və Mədəniyyət Təkilatı (İSESKO) ilə birgə təşkil olunmuş strateji öncəgörmə üzrə dəyirmi masada çıxışında deyib.

"Təəssüf ki, hazırda Azərbaycan bir neçə münaqişə və geosiyasi toqquşma ilə əhatələnib. Düşünürəm ki, azərbaycanlı mütəxəssislər üçün sabahı öncədən görməyi öyrənmək, gələcək üçün ssenari hazırlamaq çox vacibdir. ISESKO ekspertləri ilə bugünkü müzakirə Azərbaycana bu istiqamətdə kömək edəcək", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, sabahın strateji proqnozunu azərbaycanlı analitiklərlə, professorlarla və tədqiqatçılarla müzakirə etmək üçün dəyirmi masanın təşkili çox vacibdir, çünki biz böyük sürətlə dəyişən dünyada yaşayırıq: texnoloji dəyişikliklər, siyasi, qanunvericilik, ekoloji.

"Bu gün sabahı proqnozlaşdırmaq və qabaqcadan xəbər vermək getdikcə çətinləşir. 50 il əvvəl dünya bugünkü qədər sürətlə dəyişmirdi. Gələcək planlarımıza təsir edən bir çox yeni amillər var", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti