...

Səfirlik: "Böyük Britaniya Ermənistana snayper tüfəngi satmayıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2015 13:02 (UTC +04:00)
Böyük Britaniya ixracatda çox ciddi lisenziya siyasəti yürüdür və Dağlıq Qarabağ münaqişəsindəki tərəflərə silah satışı ilə bağlı ATƏT-in sanksiyalarını yerinə yetirir.
Səfirlik: "Böyük Britaniya Ermənistana snayper tüfəngi satmayıb"

Azərbaycan, Bakı, 25 aprel /Trend, Anaxanım Hidayətova/

Böyük Britaniya ixracatda çox ciddi lisenziya siyasəti yürüdür və Dağlıq Qarabağ münaqişəsindəki tərəflərə silah satışı ilə bağlı ATƏT-in sanksiyalarını yerinə yetirir.

Bu barədə Trend-ə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyindən bildiriblər.

Ermənistan KİV-ində bu ölkənin xüsusi təyinatlıları tərəfindən "Accuracy International"a aid snayper tüfənglərinin istifadə olunması nümayiş etdirilib.

Bu məsələni şərh edərkən səfirlikdən vurğulayıblar ki, Britaniya Ermənistana snayper tüfəngi satmayıb. 2012-ci ildə Böyük Britaniyadan Fransaya ixrac lisenziyası üzrə 2 snayper tüfəngi satılıb, sonradan bu tüfənglər Fransadan Ermənistana ixrac olunub və silah sərgisində nümayiş etdirilib.

"Accuracy International" Birləşmiş Krallıqda odlu silah istehsalçısıdır. Şirkət "Accuracy International Arctic Warfare" markalı snayper tüfəngləri silsiləsinin istehsalı ilə məşhurdur.

Səfirlikdən əlavə ediblər ki, Ermənistan KİV-ində yayılan videodakı tüfənglər eyni modeldir, lakin onların sərgidəki tüfənglər olmasına dair bir sübut yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti