Bakı. Trend:
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-Mark Eyro arasında telefon danışığı olub.
Trend-in Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə ediblər.