...

DAĞLIQ QARABAĞ ÜZRƏ ALT KOMİTƏNİN ÇƏRÇİVƏSİNDƏ NÜMAYƏNDƏ HEYƏTİNİN GÖRÜŞÜ AŞPA-NIN PAYIZ SESSİYASININ ƏSAS HADİSƏSİ OLUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2005 13:19 (UTC +04:00)

Dağlıq-Qarabağ məsələsi üzrə alt komitə çərçivəsində keçirilən görüş Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Azərbaycan üçün ən mühüm hadisə olub. Bu barədə Trend ə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin üzvü, Demokratik İslahatlarPartiyasının (DİP) sədri Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, görüş Alt Komitənin başçısı lord Rassel Consonun rəhbərldiyi ilə keçib və işçi qrupun yaradılması onun əsas yekunu olub. Qrup Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi üzrə AŞPA-nın yanvar qətnaməsinin müvafiq qətnamələrinin müvafiq bəndlərinin icrası ilə bağlı öz təkliflərini hazırlaüyacaq.

A.Mollazadə bildirib ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri Ukraynanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələrdə fəal iştirak ediblər. AŞPA-nın Belorus üzrə Alt Komitəsində də həmçinin bu ölkədəki vəziyyətlə bağlı hazırlanan hesabatla bağlı müzakirələr keçirilib. AŞPA-nın Belorus üzrə məruzəçisi olan A.Mollazadə növbəti məruzəsini Assambleyanın aprel sesiyasında təqdim edəcək. Həmçinin, bu ölkədə gələn ilin yayında nəzərdə tutulan prezident seçkiləri ərəfəsində belorus müxalifətinin yeganə namizədini Strasburqa dəvət etmək qərara alınıb.

A.Mollazadə bildirib ki, sessiya çərçivəsində o, AŞPA-nın prezidenti Rene vander Linder və Avropa Şurasının Baş katibi Terri Devislə görüşüb. Görüşlərdə digər məsələlərlə yanaşı Azərbaycanda parlaent seçkiləri ərəfəsindəki vəziyyət də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti