Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə yanvarın 17-də atəşkəsi pozub. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yanvarın 17-də saat 16.40-dan 16.55-dək işğalçı ordunun bölmələri Noyamberyan rayonu ərazisindəki Böyük Gədik dağının şimal-şərqində və həmin rayonun ərazisindəki Şavaksavan kəndinin 0,2 kilometr cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini və kəndin özünü avtomatlardan və pulyemotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.