...

Türkiyə Suriyanın istənilən təxribatına cavab verməyə hazırdır

Siyasət Materials 22 İyul 2013 16:10 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriya tərəfindən bütün atəşlərə və təxribatlara istənilən an cavab verməyə hazırdır.
Türkiyə Suriyanın istənilən təxribatına cavab verməyə hazırdır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Silahlı Qüvvələri Suriya tərəfindən bütün atəşlərə və təxribatlara istənilən an cavab verməyə hazırdır. Bu barədə Trend bazar ertəsi SQ-nin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, Suriya-Türkiyə sərhədində artan gərginliklə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bundan başqa, Türkiyə sərhədi vasitəsilə keçirilən yüklər və sərhədi keçən Suriya vətəndaşları üzərində nəzarət gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti