...

Bələdiyyə seçkilərində təşviqat kampaniyası başa çatıb

Siyasət Materials 22 Dekabr 2014 09:54 (UTC +04:00)
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılan müddət bu gün saat 8:00-da artıq başa çatıb.
Bələdiyyə seçkilərində təşviqat kampaniyası başa çatıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılan müddət bu gün saat 8:00-da artıq başa çatıb.

Trend-in məlumatına görə, bələdiyyə seçkilərində seçkiqabağı təşviqata noyabrın 30-da başlanmışdı.

Qeyd edək ki, Seçki Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, seçkiqabağı təşviqat aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.

Builki bələdiyyə seçkilərində 37079 namizəd qeydə alınıb. Bunlardan 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti