...

Serbiya Azərbaycanla vizasız rejimin tətbiqini nəzərdən keçirir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Sentyabr 2015 16:17 (UTC +04:00)
Serbiya Azərbaycanla vizasız rejimin tətbiq edilməsi imkanını nəzərdən keçirir.
Serbiya Azərbaycanla vizasız rejimin tətbiqini nəzərdən keçirir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:54-də yayılıb)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Serbiya Azərbaycanla vizasız rejimin tətbiq edilməsi imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Serbiyan Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiç Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının IV iclası çərçivəsində deyib.

O bildirib: "Azərbaycan və Serbiya vətəndaşlarının bir ölkədən digərinə vizasız getmələri üçün viza rejiminin tam liberallaşdırılmasını təklif etdik. Belqrad və Bakı arasında birbaşa aviareysin açılmasını təklif edirik. Bu, ölkələrimiz arasında turizm və ümumilikdə iqtisadi əlaqələri genişləndirməyə və yaxşılaşdırmağa kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti