...

Xocalı həqiqətləri Peru mətbuatında

Siyasət Materials 25 Fevral 2016 10:56 (UTC +04:00)
Perunun ən nüfuzlu qəzetlərindən biri olan “El Peruano“ qəzetində Xocalı soyqırımına həsr olunmuş “Xocalı soyqırımı” adlı məqalə dərc edilib.
Xocalı həqiqətləri Peru mətbuatında

Bakı. Trend:

Perunun ən nüfuzlu qəzetlərindən biri olan "El Peruano" qəzetində Xocalı soyqırımına həsr olunmuş ""Xocalı soyqırımı" adlı məqalə dərc edilib.

Bu barədə Trend-ə Azərbaycanın Limadakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Məqalədə erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı alayının yardımı ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalının əhalisinə qarşı 1992-ci ilin 26 fevralında törətdiyi soyqırımından danışılır.

Ermənilərin qadın, uşaq, qoca demədən Xocalının azərbaycanlı əhalisini misli görülməmiş şəkildə xüsusi amansızlıqla öldürdüyü, baş verən qətliamın 20-əsrin ən böyük faciələrindən biri olduğu məqalədə qeyd olunur.

Dünyanın bir çox ölkələrinin bu faciəni soyqırım olaraq tanıdığı, o cümlədən Human Rights Watch təşkilatının hesabatında Xocalı faciəsinin "Ermənistan ilə Azərbaycan arasındakı müharibədə ən böyük qırğın" kimi qeyd olunduğu məqalədə bildirilir.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdiyi, Ermənistanın BMT-nin bu ölkənin qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyi göstərilir.

Məqalədə Peru, Meksika, Kolumbiya, Qvatemala, Honduras, Panama və digər ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş qətnamələrlə Xocalıda baş vermiş hadisələrin soyqırım kimi tanındğı qeyd olunur.

Məqalə ilə http://www.elperuano.com.pe/noticia-el-genocidio-jodyali-38555.aspx elektron səhifəsinə daxil olaraq tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti