...

Deputat: Referendum zamanın tələbidir

Siyasət Materials 2 Sentyabr 2016 12:59 (UTC +04:00)
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların məntiqi davamıdır.
Deputat: Referendum zamanın tələbidir

Bakı. Elçin Mehdiyev – Trend:

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların məntiqi davamıdır. Bunu Trend-ə Milli Məclisin deputatı, referendum üzrə “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun vəkili Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, referendum nəticəsində insan haqlarının daha güclü qorunması Konstitusiyada təsbit olunacaq, eyni zamanda demokratiyanın dərinləşməsi üçün münbit şərait yaranacaq: “Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan dövlətçiliyi və ölkə vətəndaşının müdafiəsi möhkəmlənir, həm də demokratik proseslər üçün daha münbit şərait yaradılır. Referendumun keçirilməsi labüd məsələdir və bu dəyişikliklər keyfiyyətcə yeni bir mərhələyə keçidi tam təmin edəcək”.

B.Əliyev vurğulayıb ki, referendum Azərbaycanda aparılan iqtisadi, hüquqi, siyasi islahatların məntiqi davamıdır: “15 il bundan əvvəl bu dəyişiklikləri edə bilməzdik, çünki Azərbaycan reallıqları, inkişaf səviyyəsi buna imkan vermirdi. Ancaq Azərbaycanın bugünkü inkişaf səviyyəsi artıq Konstitusiyaya dəyişiklikləri labüd edir, bu, zamanın tələbidir, həyata keçirilən islahatların davamıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti