...

Deputat: Rusiyanın Ermənistana əvəzsiz silah bağışlaması münaqişənin yenidən qızışdırılmasıdır

Siyasət Materials 24 Sentyabr 2016 14:03 (UTC +04:00)
Rusiyanın Ermənistana əvəzsiz silah bağışlaması Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışdırılması deməkdir.
Deputat: Rusiyanın Ermənistana əvəzsiz silah bağışlaması münaqişənin yenidən qızışdırılmasıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyanın Ermənistana əvəzsiz silah bağışlaması Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışdırılması deməkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayevin sözlərinə görə, Azərbaycan rəhbərliyi Rusiya ilə həm ATƏT-in həmsədr ölkələrindən biri kimi, həm də qonşu dövlət kimi münasibətləri daim yaxşı saxlamağa çalışır: “Azərbaycan bu istiqamətdə daim addımlar atıb və bundan sonra da atılacaq. Çünki Rusiyada çoxlu azərbaycanlılar yaşayır, eləcə də Azərbaycanda minlərlə rus yaşayır, onlar üçün burada hər cür şərait yaradılıb. Bu münasibətlərin normal olması həqiqətən də çox vacibdir. Amma təəssüflər olsun ki, Rusiya Qarabağ probleminin həll olunmasında ermənipərəst mövqe tutub. Ona görə də bu məsələlərin həlli belə uzanır”.

T.Rzayev deyib ki, Rusiya tərəfindən Ermənistana silahlar pulla verilsəydi, bu, Azərbaycanı o qədər də narahat etməzdi: "Çünki hər bir ölkənin digər ölkədən müqavilə əsasında silah almaq hüququ var. Rusiya bizə silahlar satanda Ermənistanda bununla əlaqədar mitinqlər oldu, onların siyasətçiləri Rusiyanın əleyhinə çıxışlar ediblər. Amma Rusiyanın hakim dairələri bildirdi ki, Azərbaycana silah müqavilə əsasında satılıb və bundan sonra da bu əməkdaşlıq davam edəcək. İndi isə silahların işğalçı ölkə olan Ermənistana bağışlaması doğru deyil. Rusiya rəhbərliyi bu barədə fikirləşməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti